“Ramil Şeydayev Azərbaycanda itib-batacaq”

“Ramil Şeydayev Azərbaycanda itib-batacaq”
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2017 / 12:02 13053
-  A +

"Ramil Şeydayevin Azərbaycana gedişi "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?"

Qol.az-ın məlumatına görə, bu sözləri “Zenit -2” komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

O, “Sport-ekspress”ə müsahibəsində Şeydayevin Azərbaycan millisində oynamaq qərarına münasibət bildirib:

“Ramil Rusiya I divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatanda onunla dəfələrlə söhbət etdim. Şeydayev  "mən qərar verdim" deyən insan deyil. Mənə bildirdi ki, Nikolayiç, bir neçə variantım var. Vəssalam. Sonradan xəbər tutdum ki, hər şey həll olunub. Geriyə yol yoxdur. Şeydayevin vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm".


Ramil Şeydayev və keçmiş məşqçisi Vladislav Radimov

Radimov hazırda da Şeydayevlə tez-tez danışdığını və onun Rusiyadan gedişinə təəssüfləndiyini bildirib: “Ramil indi "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda klubları gəzəcək.  Bəlkə də Azərbaycanda itib-batacaq".

Xatırladaq ki, Azərbaycan vətəndaşlığını qəbul edərək ötən ildən millimizdə  çıxış edən gənc hücumçu bu yay müqavilə ilə məxsus olduğu “Trabzonspor”dan icarə əsasında "Qarabağ"a keçib.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"