Prosineçki Bakıya səfərini niyə təxirə saldı?

Prosineçki Bakıya səfərini niyə təxirə saldı?
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2017 / 11:53 2988
-  A +

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Bakıya məlum səfərini təxirə salıb.

Bu barədə Qol.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Federasiya rəsmisi xorvatiyalı mütəxəssisin şənbə günü paytaxtımızda olacağını bildirib: “Prosineçki hələ Bakıya gəlməyib. Sabah gəlməlidir. Əslində bileti oktyabrın 18-nə almışdı. Sadəcə, AFFA rəhbərliyi ilə görüşü gələn həftə olacaq. Görünür, buna görə səfər vaxtını dəyişib. Dünən mən özüm A millinin departamenti ilə danışdım. Dedilər ki, Prosineçki biletin vaxtını şənbə gününə dəyişib”.

Xatırladaq ki, 2 gün öncə AFFA-dan saytımıza verilən məlumatda Prosineçkinin oktyabrın 18-də Bakıya gələcəyi və rəhbərliyə hesabat verəcəyi bildirilmişdi.

Daha çox


Son xəbərlər