"Qəbələ" boksçularının Ukraynada açıq məşqi - Şəkillər

"Qəbələ" boksçularının Ukraynada açıq məşqi - Şəkillər
XƏBƏR 20 Oktyabr 2017 / 11:00 1689
-  A +

Oktyabrın 21-də “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir neçə gündür görüşün təşkil olunacağı Krivoy Roq şəhərinə yollanan komanda hazırlıqlarını Ukraynada davam etdirir. Bu gün qarşılaşma ərəfəsində boksçuların KİV nümayəndələri üçün açıq məşqi gerçəkləşib. Hazırlıq prosesində yerli media qurumlarının əməkdaşları iştirak ediblər. Sabah “Qəbələ” və KB-75 boksçularının çəkiölçmə mərasimi keçiriləcək.

Xatırladaq ki, 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında keçiriləcək. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandanı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.


































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər