Əliyar Ağayev erməni futbolçunu cəzalandırdı - Video

Əliyar Ağayev erməni futbolçunu cəzalandırdı -  Video
VİDEO 20 Oktyabr 2017 / 00:33 5725
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində növbəti oyununu idarə edib.

Qol.az-ın məlumatına görə, 30 yaşlı baş hakim Makedoniyanın paytaxtı Skopyedə "Vardar"la İspaniya "Real Sosyedad"ı arasındakı L qrupunun III tur matçında fit çalıb.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi, Mübariz Haşımov isə dördüncü hakim qismində yardımçı olub.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qollardan 4-nü Villian Xose vurub. Ağayev cəmi bir dəfə sarı vərəqəyə əl atıb. O, "Vardar"ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı 61-ci dəqiqədə kobud oyuna görə cəzalandırıb.




Son xəbərlər