Bakka “Milan”ı tənqid etdi

Bakka “Milan”ı tənqid etdi
XƏBƏR 19 Oktyabr 2017 / 20:25 3184
-  A +

“Vilyareal”ın futbolçusu Karlos Bakka sabiq komandası “Milan” haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlama verən 31 yaşlı hücumçu tarixin ən pis “Milan”ında oynadığını deyib:

“Milan”da keçirdiyim illər şəxsi karyerama görə pis alınmadı. Ümumi komandamız da yaxşı olsaydı, daha böyük uğurlar qazana bilərdik. Tarixin ən pis “Milan”ının üzvü idim”.

Qeyd edək ki, bu mövsüm İspaniya klubunun heyətində 9 oyuna çıxan kolumbiyalı futbolçu 2 qol vurub.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı