Aqil Abbas: «Qurban Qurbanov və futbolçular «Qarabağ»ı bu çətin vəziyyətdən çıxaracaqlar»

Aqil Abbas: «Qurban Qurbanov və futbolçular «Qarabağ»ı bu çətin vəziyyətdən çıxaracaqlar»
ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 16:23 3119
-  A +

Millət vəkili, yazıçı-publisist Aqil Abbas fəxri prezidenti olduğu «Qarabağ» klubunun son uğursuz çıxışları ilə bağlı Qol.Az-a açıqlama verib. Müxbirimizlə söhbətində o, «Qarabağ» komandasına qarşı hücumlardan təəssüfləndiyini deyib: «Bəli, «Qarabağ» komandasında durğunluq var. Amma bunu belə səs-küyə salıb komandaya hücum etmək düzgün deyil. Dünyada hər bir komandanın yüksəliş və eniş dövrü olur. Vaqif Cavadovun getməyi komandaya təsir göstərib. Amma mən əminəm ki, Qurban Qurbanov və futbolçular «Qarabağ»ı bu çətin vəziyətdən çıxara biləcəklər. Mən «Qarabağ»ın sabah öz meydanında «Neftçi»yə qalib gələcəyinə inanıram. Məgər, komanda uğursuz çıxış edəndə məşçiləri və futbolçuları güllələyirlər? Belə durumla dünyanın ulduz komandaları da rastlaşır. Amma bizdən fərqli olaraq, orada azarkeşlər komandalarını ruhdan düşməyə qoymurlar, uduzanda belə öz klublarını alqışlarla yola salırlar. Bu cür azarkeşlik mədəniyyəti bizdə də formalaşmalıdır».
Aqil Abbas azareşlərin stadiona gəlməmələrindən məyus olduğunu deyib: «İnter»lə «Bakı»nın son oyununda azarkeşlər çox az idi. Gəlib komandasına stadionda dəstək verməyən azarkeş klubu niyə söyür? Gəl, bir dəfə oyuna stadionda bax da. Lənkəranda az qala hər oyuna 10 min adam gəlir, Quzanlıdakı üç minlik stadion hər matçda ağzınadək dolu olur, amma paytaxt Bakıda tribunalarda adam tapmaq müşkülə çevrilir. Biz azarkeşlər bizdən tələb olunanı etməli və komandamıza ruh verməliyik».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı