"Kəpəz"də ciddi itki

"Kəpəz"də ciddi itki
XƏBƏR 19 Oktyabr 2017 / 17:20 1904
-  A +

"Kəpəz"in zədəli futbolçusu Samba Diallonun son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadın yaydığı xəbərə görə, ölkə çempionatında ötən tur “Zirə”yə qarşı oyunda zədələnərək əvəzlənən Samba iki həftəlik sıradan çıxıb. Müayinədən keçən malili yarımmüdafiəçinin topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib.

“Neftçi” ilə matçı buraxacaq Diallonun 10-cu turda “İnter” ilə görüşdə meydana çıxacağı sual altındadır. Klubun tibbi personalından bildirilib ki,hər şey müalicə prosesinin gedişindən asılı olacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı