"Qarabağ" irəlilədi - UEFA-nın reytinqi

"Qarabağ" irəlilədi -  UEFA-nın reytinqi
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2017 / 13:45 6875
-  A +

Çempionlar Liqasının dünənki oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsinin 3-cü turunda keçirilən 16 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə edən "Qarabağ" aktivinə daha 1 xal artırıb. Xalını 19,500-ə çatdıran Ağdam təmsilçisi 4 pillə irəliləyib.

Hazırda Avropada 66-cı olan "Qarabağ" “Feyenoord”la eyni yeri bölüşdürür, "Milan"dan bir pillə geri qalır.

Siyahıya İspaniya “Real”ı başçılıq edir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı