Messidən avrokuboklarda 100-cü qol

Messidən avrokuboklarda 100-cü qol
DÜNYA FUTBOLU 19 Oktyabr 2017 / 12:02 3142
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi Avropa kuboklarında 100-cü qolunu vurub.

Qol.az-ın xəbətinə görə, bu haqda UEFA-nın saytı məlumat yayıb. Argentinalı futbolçu dünən “Olimpiakos”la matçda (3:1) fərqlənməklə Kriştiano Ronaldodan sonra qitə miqyaslı klub turnirlərində 100 qol vuran ikinci futbolçu olub.

Messi bu göstəriciyə 122 matçda nail olub. O, 97 qolu Çempionlar Liqasında, 3 qolu isə UEFA superkubokunda vurub.

Avrokuboklar tarixində ən çox qol vuran 10 futbolçu

113 - Kriştiano Ronaldo*  (151 oyun)
100 - Lionel Messi* (122)
76 - Raul Qonsales (158)
70 - Filippo İnzaqi (114)
67 - Andrey Şevçenko (142)
62 - Ruud van Nistelroy (92)
61 - Herd Müller (69)
59 - Tyerri Anri (140)
59 - Henrik Larsson (108)
56 - Zlatan İbrahimoviç* (139)

Soyadlarının qarşısında ulduz olan futbolçular hazırda karyeralarını davam etdirirlər.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı