Azərbaycan və Gürcüstan yığmalarının görüşü olacaq

XƏBƏR 9 Aprel 2010 / 16:06 1564
-  A +

Aprelin 12-dən 18-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində yığmamız gürcüstanlı həmyaşıdları ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu komandalar aprelin 16-da saat 16:00-da "Şəfa" stadionunda, aprelin 18-də isə saat 10:30-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda qarşılaşacaqlar. Bundan əlavə, aprelin 13-də, saat 16:00-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda U-16 yığması ilə “Neftçi” klubunun nəzdindəki U-17 komandası arasında yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı