"Qarabağ"a oyunçu kimi lazımam" - Rəşad Sadıqov

"Qarabağ"a oyunçu kimi lazımam" -  Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2017 / 00:01 4994
-  A +

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, ilk olaraq oyun haqda fikirlərini bildirib:

- Çox şükürlər olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Fikirləşirəm ki, bu, "Qarabağ"ın avrokuboklarda ən yaxşı oyunlarından biri idi. Bilirsiniz, çox çətin qrupa düşmüşük. Ehtimal var idi ki, qrupu xalsız başa vuraq. Amma çox istəyirdik ki, xal qazanaq. Stadiona  gələn azarkeşlər futboldan həzz aldılar. Yaxşı mübarizə getdi. Deyərdim ki, bu gün qoldan başqa hər şey oldu.

- Artıq "Qarabağ"ın Çempionlar Liqasının ritmini tutduğunu düşünmək olar?

- Deməzdim. Qarşıda 3 oyunumuz var və onlardan ikisi səfərdədi. Bizi çox çətin səfərlər gözləyir. Həm "Atletiko"nun, həm də "Roma"nın qrupdan çıxmaq şansı var. Bu elə bir turnirdi ki, konkret fikir bildirmək olmur. Hər oyunda ilk dəqiqədən son ana qədər mübarizə aparmaq lazımdı.

- Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiniz?

- Hakimlər haqda çox danışan deyiləm. Amma bu gun hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu.

- Qrupu üçüncü pillədə başa vurmaq nə dərəcədə realdır?

- Bu gün qələbə qazansaydıq, şansımız daha çox olardı. Amma bilirsiniz ki, "Roma" və "Atletiko" ilə səfərdə oynayacağıq. Bir qədər çətin görünsə də, əlimizdən gələni edəcəyik.

- Növbəti oyunda U-19-a kim rəhbərlik edəcək?

- Madriddəki oyuna da komandanı meydana mən çıxarmayacam. Çünki "Roma" ilə oyundan sonra Qurban müəllim buna icazə vermədi. Fikirləşirəm ki, "Qarabağ"a oyunçu kimi lazımam.

- Hakimlərin Madriddəki oyunda daha ciddi səhvlər etməsindən qorxmursunuz?

- Bu tip şeylərə hazır olmaq lazımdı. Böyük komandalardı və belə komandalara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün hamı "Atletiko"nun daha irəli getməsini istəyər. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Çünki ondan öncə də, şanslarımız oldu və yararlana bilmədik. Xüsusən də son dəqiqələrdə şanslarımız oldu.

- Növbəti oyuna ciddi itkilərlə çıxacaqsınız. Çətin olmayacaq?

- Dinonu itirdik, Bədavinin növbəti oyunda iştirakı sual altındadı. Düşünürəm ki, Hüseynovun zədəsi həddindən çox ciddidi. Bizi çempinatda da çətin oyun gözləyir, fiziki baxımdan həmin matça köklənmək çox çətin olacaq. İki çempionat oyunumuz var və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Daha çox


Son xəbərlər