Çempionlar Liqasının bu gün “Atletiko”ya qarşı keçiriləcək qrup oyunundan sonra “Qarabağ”ın azarkeşləri üçün xüsusi avtobuslar ayrılıb.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb: “Matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlinib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında metronun “20 Yanvar”, “28 May” və “Qara Qarayev” stansiyalarına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi ÇL-in "Qarabağ" - "Roma" oyunundan sonra azarkeşlərin xüsusi avtobuslarla pulsuz daşınacağı bildirsə də, bununla bağlı problem yaranmışdı. Azarkeşlər sosial şəbəkərlərdə matçdan sonra sözügedən avtobuslara rast gəlmədiklərini bildirmişdilər.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır