Millimiz elit-raunda vəsiqə qazandı

Millimiz elit-raunda vəsiqə qazandı
GÜNDƏM 18 Oktyabr 2017 / 01:08 2477
-  A +

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.

Qol.az-ın xəbərinə görə, məlumat dünən keçirilən oyunlardan sonra UEFA-nın rəsmi saytında yerləşdirilib.

2-ci qrupda keçirilən seçmə mərhələdəki matçların ardından millimizin taleyinə aydınlıq gəlib. Slovakiya İngiltərəyə 0:6, Latviya isə Şotlandiyaya 0:4 hesabı ilə məğlub olub. Reqlamentə əsasən, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer tutmuş 5 komanda növbəti mərhələyə yüksəlir. Millimiz məhz 5 kollektivdən biri kimi elit-raunda yüksəlib.

Qeyd edək ki, millimiz seçmə mərhələdə cəmi 1 xal yığıb.

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı