"Qarabağ"dan sensasiya - 10 nəfərlə "Atletiko"dan xal aldı

"Qarabağ"dan sensasiya -  10 nəfərlə "Atletiko"dan xal aldı
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2017 / 21:53 16355
-  A +

Bu gün "Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində növbəti oyununu keçirib.
 
Qol.az-ın məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib - 0:0. Bununla da "Qarabağ" ilk dəfə ÇL-in qrupunda xal qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası  İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.

Qrupun digər görüşündə "Roma" "Çelsi"nin qonağı olacaq.


18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

"Qarabağ" - "Atletiko" - 0:0
Qırmızı vərəqə:
Ndlovu, 75



1.

Çelsi

2

2

0

0

8:1

6

2.

Roma

2

1

1

0

2:1

4

3.

Atletiko

3

0

2

1

1:2

2

4.

Qarabağ

3

0

1

2

1:8

1



Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın