Millimizin rəqibi baş məşqçisini itirir

XƏBƏR 9 Aprel 2010 / 13:52 1770
-  A +

 
Hollandiyalı Dik Advokat futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi olacaq. “Sovetskiy Sport”un məlumatına görə, müqavilənin imzalanması haqda açıqlama yaxın bir ay ərzində veriləcək.

Lakin Advokat Belçika mətbuatının yazdığı kimi, ildə 7 milyon avro yox, kifayət qədər aşağı məbləğdə qazanacaq. Onunla Rusiya Futbol İttifaqı arasında 2 illik, daha dəqiqi, 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanacaq. “Zenit”in sabiq baş məşqçisi Belçika Futbol Federasiyası ilə mövcud müqaviləsini birtərəfli qaydada pozmaq üçün danışıqlar aparacaq. Rusiya yığmasının məşqçilər heyətində Advokatın rəhbərliyi altında Aleksandr Borodyuk və hollandiyalıya “Zenit”dəki karyerasının son mərhələsində yardımçı olan Bert van Linqen kömək edəcək.

Qeyd edək ki, Belçika 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqiblərindən biridir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı