"Pley-off"un püşkü atıldı - DÇ-2018

"Pley-off"un püşkü atıldı - DÇ-2018
GÜNDƏM 17 Oktyabr 2017 / 16:22 7531
-  A +

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Qol.az məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.
 
İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə 8 komanda 4 cütlük təşkil edib.
 
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası üzrə pley-off oyunları

Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç - İtaliya

 
Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları həmin ayın 12-14-də keçiriləcək. Qaliblər DÇ-2018-in final mərhələsinə vəsiqə qazanacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord