"Atletiko” haqda ancaq xoş sözlər demək olar. Rəqib son vaxtlar alqışalayiq futbol göstərir. Qrupumuzda ən aqressiv oyun göstərən komandadır. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol göstərmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, bütün heyətimizlə sabahkı görüşdən yaxşı nəticə ilə ayrılarıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Hazırda işğal altında olan şəhəri təmsil etmək sizin üçün nə deməkdir?
- Sözsüz ki, doğma şəhərdə oynamamaq şəxsən mənə çətinlik yaradır. Buna baxmayaraq, “Qarabağ” klubu bu hislərin qarşısını az da olsa, ala bilir. Düşünürəm ki, çox keçmədən oyunlarımızı doğma şəhərdə keçirəcəyik. Üzərimizdə böyük məsuliyyət var. Həmin torpaqları təmsil edirik.
- Bu yaxınlarda millinin heyətində Almaniya yığmasına qarşı oyunda iştirak etdiniz. Həmin görüşün birinci hissəsindəki ab-havanı sabahkı matçda da görə bilərikmi?
- Millinin heyətində oynamaq “Qarabağ”da oynamaqdan fərqlidir. Yığmada çıxış edən həyəcan daha çox olur. Buna rəğmən, Almaniyaya qarşı birinci hissədə yaxşı oynadıq. Amma ikinci hissədə rəqibin təzyiqinə tab gətirə bilmədik. Biz həmin ab-havanı kluba da gətiririk. Düşünürəm ki, həmin ab-hava “Atletiko” ilə görüşdə də bizə kömək edəcək.
- Artıq dördüncü ildir ki, Avropada qrup mərhələsində oynayırsınız. Niyə sənin kimi heyətdəki digər yerli futbolçulara bu müddət ərzində Avropa klublarından təklif gəlməyib?
- Yəqin ki, hələ lazımi səviyyəyə çatmamışam, zəif oynamışam Bu təklif təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya gəlmir. Səbəbin nə olduğunu bilmirəm. Əvvəl də demişəm ki, Avropanın hansısa komandasından mənə təklif gəlsə, pulu düşünməyib, gedib oynayacam. Karyeramı Avropada davam etdirməyi çox istəyirəm.
- Sabahkı matça biletlərin hamısı satılmayıb. Stadionun tam dolması üçün azarkeşlərə hansı çağırışı edə bilərsiniz?
- Qrupa düşəndən sonra Bakıda 3 böyük oyunumuz olmalı idi. Artıq birini keçirmişik, 2 matçımız qalıb. Bu görüşlər ölkəmizdə futbol bayramı kimi qeyd olunmalıdır. Düşünürəm ki, 1 gün ərzində hər hansı çətinliyə düşmək olar. Sabah bizə azarkeş dəstəyi çox lazım olacaq. Bu, komandanın daha yaxşı motivasiya olması üçün vacibdir. Məncə, qalan biletlər də sabah satılacaq.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"