"Qarabağ"a qalib gəlmək asan deyil" - Eddi İsrafilov

"Qarabağ"a qalib gəlmək asan deyil" - Eddi İsrafilov
XƏBƏR 17 Oktyabr 2017 / 13:14 3710
-  A +

"Bakı hər il yeni binalarım tikildiyi dəbdəbəli şəhərdir. Son 5-10 ildə orada ciddi dəyişikliklər olub. Düzdür, bu, hələ bəzi yerlərdə hiss olunmur. Bakı Olimpiya Stadionu "Allians Arena"ya bənzəyir. İşıqlandırma effektləri, bir çox şeyi ilə...".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin və "Ximnastik"in futbolçusu Eddi İsrafilov "Marca"ya açıqlamasında deyib.

O, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı barədə də danışıb: “Əvvələr “Qarabağ”a rahatlıqla qalib gələ bilərdiniz, ancaq indi elə deyil. "Atletiko" son iki mövsüm Çempionlar Liqasının finalında oynayıb. Ancaq bu, hər şey demək deyil.  Çünki futbolda hər şey ola bilər".

E.İsrafilov millimizlə bağlı da fikirlərini bildirib: “Atam Anqoladandır, lakin Azərbaycanda təhsil alıb. Anamla orada tanış olub. Daha sonra iş axtarmaq üçün İspaniyaya köçüblər. Rus və ingilis dilində bildiyimdən, yığmada ünsiyyət qura bilirəm. Baş məşqçi Robert Prosineçki ilə isə ispanca danışıram. Daha əvvəl də millidə oynamaqla bağlı əlaqə saxlamışdılar. Lakin Prosineçki mənə həqiqətən üstünlük verən mütəxəssis oldu. O, əla məşqçi və möhtəşəm insandır. Azərbaycan futbolunda çox şey müsbətə doğru dəyişir. Amma Almaniya ilə eyni qrupdasınızsa, nəticə qazanmaq asan deyil”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki