Prosineçki "Trabzonspor"la razılığa gəlib - iddia

Prosineçki "Trabzonspor"la razılığa gəlib - iddia
GÜNDƏM 17 Oktyabr 2017 / 10:20 4481
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki "Trabzonspor"u çalışdırmağa yaxındır.

Qol.az-ın "Fanatik" qəzetinə istinadən yaydığı xəbərə görə, Qaradəniz təmsilçisinin xorvatiyalı mütəxəssislə razılığa gəldiyi iddia edilib.

Bildirilib ki, klub rəhbərliyi əvvəlcə Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Tərimlə danışıqlar aparıb. Ancaq F.Terim yaxın zamanda Türkiyədə çalışmaq istəmədiyini bildirilib. Bundan sonra rəhbərlik Prosineçki ilə görüşüb və razılığa gəlib. Sözləşmə ilə bağlı bəzi məsələlər həll olunduqdan sonra onun rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Prosineçki ilə Sloveniya, Avstriya, Bosniya və Herseqovina millilərin də maraqlandığı iddia edili.

Daha çox


Son xəbərlər