“Real” təkcə Ronaldodan ibarət deyil”

“Real” təkcə Ronaldodan ibarət deyil”
XƏBƏR 17 Oktyabr 2017 / 01:55 3475
-  A +

“Tottenhem”in qapıçısı Uqo Loris UEFA-nın rəsmi saytına açıqlama verib.

Qol.az xəbər verir ki, fransız qolkiper sabah Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Real”a qarşı keçirəcəkləri oyundan danışıb:

“Ronaldo əla futbolçudur. Onun qarşısını kəsməyi hədəfləyirik. Amma “Real” tək Ronaldodan ibarət deyil. Ona görə də əlimizdən gələni edəcəyik.

Bizim də bombardirimiz Keyndir. O, əla futbolçu olmaqla yanaşı, həm də gözəl xarakterə malik insandır. Gənc olsa da, çox tez öyrənir. Artıq indidən Keyn İngiltərənin ən yaxşı bombardiridir”.

 


Son xəbərlər