2017-ci ilin ən yaxşıları - Tottinin seçimi

2017-ci ilin ən yaxşıları -  Tottinin seçimi
XƏBƏR 17 Oktyabr 2017 / 01:38 3386
-  A +

“Roma”nın sabiq kapitanı Françesko Totti 2017-ci ilin ən yaxşısı adına layiq gördüyü futbolçu və məşqçilərin adlarını açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, Kriştianu Ronaldonun “Qızıl top”a layiq olduğunu bildirib: 

“Biz 3 futbol yadplanetlisi – Ronaldo, Messi və Neymardan danışırıq. Mən həm meydanda, həm də kənarda hər bir həmkarıma hörmətlə yanaşıram. Amma deməliyəm ki, Ronaldo digərlərini qabaqlayır. Kriştianu əla mövsüm keçirib, həlledici qollara imza atıb. 

O ki qaldı məşqçiliyə, məncə, İtaliya məktəbi hələ də yüksək səviyyədədir. Bu il Konte və Alleqrinin uğurlu fəaliyyətinə baxmayaraq, favorit Zidandır. Səbəbi isə sadədir: Ronaldo kimi o da əsas kubokları qazanıb.

 

Daha çox


Son xəbərlər