Premyer Liqa klubu rəsmən satışa çıxarıldı

Premyer Liqa klubu rəsmən satışa çıxarıldı
XƏBƏR 17 Oktyabr 2017 / 00:57 4253
-  A +

İngiltərə Premyer Liqa klublarından “Nyukasl” satışa çıxarılıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda klubun sahibi Mayk Eşli açıqlama verib. O bildirib ki, maksimum mövsümün sonuna qədər “Nyukasl”ı satacaq.

53 yaşlı biznesmen bu kluba 2007-ci ilin mayında 135 milyon funt ödəməklə sahib çıxıb. Amma Kevin Kiqanın gedişindən sonra azarkeşlərin ciddi narazılığı ilə qarşılaşdığı üçün artıq 2008-ci ildə Mayk Eşli klubu satmaq istəyirdi. 

Hazırda “Nyukasl”ı almaqda maraqlı olan 44 yaşlı maliyyəçi Amanda Steyvlidir.

Qeyd edək ki, Eşli satışdan 400 milyon funt əldə etməyi düşünür.

Daha çox


Son xəbərlər