“ÇL “Real” üçün xüsusi əhəmiyyət daşıyır”

“ÇL “Real” üçün xüsusi əhəmiyyət daşıyır”
XƏBƏR 17 Oktyabr 2017 / 00:39 3040
-  A +

“Real”ın yarımmüdafiəçisi İsko Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Tottenhem”ə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan İsko qrup liderliklərini möhkəmləndirmək istədiklərini bildirib: 

“Çempionlar Liqası “Real” üçün xüsusi əhəmiyyət daşıyır. “Tottenhem”lə görüş liderliyimizi möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, yaxşı oynayıb 3 xal qazanmaq istəyirik.

“Real”da oynamaq asan deyil. Çünki hər zaman qələbə qazanmağa məcbursan. Burada dünyanın ən yaxşı oyunçuları cəmləşib və əsas heyətdə yer almaq çox çətindir. Hazırda ilk “11-lik”də yer alıram və buna layiq olduğumu düşünürəm”.

Daha çox


Son xəbərlər