"Atletiko"ya "Qarabağ" adlı təyyarə - AZAL-dan sürpriz

"Atletiko"ya "Qarabağ" adlı təyyarə - AZAL-dan sürpriz
XƏBƏR 16 Oktyabr 2017 / 20:52 7261
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Atletiko" bir neçə saat əvvəl Bakıya yola düşüb.

Qol.az-ın məlumatına görə, Madrid klubu paytaxtımızı çarter reysi ilə gəlir. "Atletiko"nun çarter sifarişindən sonra AZAL İspaniya təmsilçisinə Qarabağ adlı təyyarə ayırıb.

Madrid klubunun sosial şəbəkədəki səhifəsi təyyarənin "Qarabağ" yazılan hissəsinin şəklini də paylaşıb.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" görüşü oktyabrın 18-i saat 20:00-da başlayacaq.



Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı