Dahi haqda söylədiklərinə bax…

XƏBƏR 9 Aprel 2010 / 12:22 1859
-  A +

İspaniyanın «Barselona» klubunun məşhur oyunçusu olmuş Ronald de Bur komandanın argentinalı ulduzu Lionel Messiylə bağlı maraqlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, de Bur 2005-ci ildə gənclər arası keçirilən dünya çempionatında «Barselona»nın o vaxtkı baş məşqçisi Frank Raykaardla birgə Messinin oyununu izlədiyii deyib: «Messi o zaman «Barselona»nın əvəzedici heyətində çıxış edirdi. Mən Messinin oyununu bəyənmədim. Çünki o, turniri bərbad vəziyyətdə keçirmişdi. Raykaarda söylədim ki, o, heç bir perspektiv vəd etmir. Ancaq Raykard məni dinləmədi və öz bildiyini həyata keçirdi, Messiyə güvəndi. Nəticə göz qabağındadır».


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"