“Azərbaycanlı yox, türkəm” – Millimizdən imtina edən oyunçu

“Azərbaycanlı yox, türkəm” –  Millimizdən imtina edən oyunçu
XƏBƏR 16 Oktyabr 2017 / 15:54 8486
-  A +

“Türkiyə millisində forma geyinmək istəyirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri yaxınlarda gözlənilmədən 21 yaşlılardan ibarət millimizdən imtina edən türkiyəli futbolçu Ozancan Kökcü deyib.

Ölkəsinin mətbuatına danışan 19 yaşlı yarımmüdafiəçi qərarının səbəbini açıqlayıb:“Azərbaycan millisinə çağırılanda çox həyəcanlanmışdım. Özümü göstərmək üçün yaxşı yer olduğunu düşünürdüm. Ancaq sonra qərarımı dəyişdim. Çünki özümü azərbaycanlı çox, türk olaraq görürəm. Ümid edirəm ki, uzun illər Türkiyə millisinin formasını geyinərəm”.

Qeyd edək ki, 19 yaşlı futbolçu bu ildən milli komandamızda çıxış edirdi.

Daha çox


Son xəbərlər