Olimpiya stadionuna maşınlar buraxılacaq - "Qarabağ"ın oyununda

Olimpiya stadionuna maşınlar buraxılacaq -  "Qarabağ"ın oyununda
XƏBƏR 16 Oktyabr 2017 / 14:14 3104
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” “Atletiko”nu qəbul edəcək.

Qol.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq onların xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.

Qeyd edək ki, “Qarabağ”ın“Atletiko" ilə  matçına bilet satışa davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Xatırladaq ki, oktyabrın 18-i Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq