Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
UEFA Pedro Enrikeni cəzalandırdı
Səbətlər müəyyənləşdi - DÇ-2018
Linklər
525ci Qəzet

“Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
A A A

[16.10.2017]
“Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – <b style="color:red">Hafiz Məmmədov</b>

Keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsini Bakı sakinləri “Milyonçular məhəlləsi” də adlandırır. Adından da göründüyü kimi Azərbaycanın zəngin insanlarının bir qismi məhz bu ərazidə yaşayır. Elə Hafiz Məmmədovun, özünün təbirincə desək, ölkəmizin ilk oliqarxlarından birinin evi, daha doğrusu, sarayı da həmin küçədə yerləşir.

Hündür hasarla əhatələnmiş bu malikanənin qarşısında məni H.Məmmədovun köməkçisi qarşılayır. Bir neçə gün əvvəl “Baghlan group”un və artıq demək olar ki, tarixin yaddaşına köçən “Bakı” futbol klubunun prezidenti müsahibə almaqla bağlı təklifimə müsbət cavab verir və məni öz villasına dəvət edir.

Evə əsl milyonçuların zövqünə uyğun yüksək dizayn verilib. Böyük bir həyətdə gərək ki, 3 mərtəbəli bir neçə fərqli villa tikilib. Bu sarayda Hafiz Məmmədovun ayrıca biri böyük, biri də ona baxanda nisbətən kiçik olan iş otağı da var. Elə köməkçisi də məni həmin kiçik otağa aparır. Bir az gözləməli oluram. O gələnə qədərsə otağı müşahidə edirəm. Diqqətimi daha çox bahalı suvenirlər, iri ekranı olan qiymətli televizor çəkir. Oturduğu kreslonun üstündə isə özünün və üç oğlan övladının şəkli olan böyük xalça vurulub. Az sonra H.Məmmədov da gəlir, gecikdiyi üçün nəzakətlə üzrxahlıq edir.

Hafiz Məmmədovla görüşümüzün məqsədi isə bugünkü yox, dünənki işləri haqda danışmaqdır. Daha doğrusu, “Atletiko” barədə... Axı, bu həftə Madrid klubu Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq. Bu, sözügedən ispan komandasının Bakıya ilk rəsmi gəlişidir. Qeyri-rəsmi isə onlar burada 2013-cü ildə səfər etmişdilər. O səfər yadınızda qalıb yəqin ki...

Bu o dövrlər idi ki, “Atletiko” oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan – A.B.) yazılı formalarla çıxırdı. Bu böyük layihəyə, H.Məmmədov on milyonlarla avro pul xərcləyirdi. Onda onun biznesinin uğurlu vaxtları idi. İndi isə...

- Necədi işləriniz?

- Problemlər qalmaqdadır, amma düzələcək, bu istiqamətdə işlər gedir.

- Çoxdandı mediada da görünmürsünüz.

- Hə, bu aralar bir az kənara çəkilmişəm. “Atletiko”ya görə danışmaq isə xoşdu. Həqiqətən sevindirici haldı. Belə bir nəhəng klub Azərbaycanda bu dəfə rəsmi matça, özü də “Qarabağ”la oyuna gəlir.


Hafiz Məmmədov "Atletiko" rəhbərliyi ilə birgə komandanın oyununu izləyir

- Sizin təşəbbüsünüz və birbaşa maliyyə dəstəyinizlə “Atletiko” 3 ilə yaxın Azərbaycanla əməkdaşlıq etdi, üzərində ölkəmizin adının yazıldığı formaları geyindi.

- Bu əməkdaşlığın kökü 2012-ci ilə gedib çıxır.  Xarici klublarla maraqlanırdım. İlk olaraq Fransadan “Lans” variantı vardı. Həmin ilin yay aylarında bununla bağlı müzakirə aparılırdı. Elə o ərəfədə “Atletiko” “Çelsi” ilə Avropa superkubokunun oyunu üçün Monako şəhərinə gəldi. Mən də ordaydım. “Atletiko” klubunun daxilində ümumi dostlarımız var. Hansı ki, onlar bizneslə də məşğul olurlar. Həmin vaxt madridlilər sponsor, tərəfdaş axtarırdılar. Danışdıq, razılaşdıq. O vaxtlar maliyyə imkanlarımız da geniş idi. Onlarla bu gün də dostluğumuz davam edir. Bir-iki günə (söhbət şənbə günü olub – A.B.) rəsmi oyun üçün Bakiya gələcəklər. Ancaq onların Azərbaycanda bir ünvanları var: “Bakı” futbol klubu. Yəni, mənim ünvanım həm də “Atletiko”nun Bakıdakı ünvanıdı.

Hafiz Məmmədov söhbətə açıq insandır. Qapalılıq kompleksi yoxdu. Təklif edirəm ki, “Atletiko”nun cəmiyyət üçün görünməyən tərəflərindən danışsın. Razılaşır.

- Problem yoxdu, qardaş. Danışaq. Nədən istəyirsən, danışaq.

- Onda sualı belə qoyum, Dieqo Simeone necə biridi?

- Əla oğlandı. Özü də sənə deyim, bir ad gününü mənim evimdə keçirib. 2013-cü ilin, aprelin 28-də, səhv eləmirsə, 43 yaşı tamam olurdu. Qismətdən “Atletiko”nun Bakıya səfəri Simeonenin ad gününə təsadüf etdi. “Four seasons”dakı ziyafətdən sonra gəldik bizim evə, yəni bura. Danışdıq, güldük, yedik-içdik. Sonra dedi ki, olar elə səhərə qədər burda oturum? Səhər açılana qədər onun ad gününü qeyd etdik. Radamel Falkao (hazırda “Monako”da oynayır – A.B.) və başqa bir neçə futbolçu da onunlaydı. Sonra bütün komanda bura gəldi. Bir iki hədiyyə də verdim. Falkao hamısından fağır görünürdü. Yetim kimi kənarda dayanmışdı (gülür). O biri futbolçular isə maşallah zirək idi, hərəsi bir şey götürürdü.

- Futbolçulardan Falkao ilə münasibətləriniz daha yaxşıdır deyəsən.

- Elədi. Monakoya səfərim olanda gəlib mənimlə görüşürdü. Mənə bahalı saat da hədiyyə edib. Təsəvvür edirsən. Futbolçu belə qiymətli saat hədiyyə etməz e...

- Qiyməti nə qədər olar?

- 30 min avro! O qədər tərbiyəli, yaxşı uşaqdı ki...


Hafiz Məmmədov, Radamel Falkao və "Atletiko"nun prezidenti Enriko Serezo

- Bəs, siz özünüz “Atletiko”lu futbolçulara nə hədiyyə edirdiniz?

- Bir dəfə dedim çempion olun, oturaq təyyarəyə, sizi ürəyiniz hara istəyirsə, ora aparım. Onlar çempionluq kubokunu alanda bir yerdə Madriddə idik. Amma elə oldu ki, səfərə çıxa bilmədik.

- Pul mükafatı verdiniz?

- Pul yox, amma hər birinə bahalı saat hədiyyə etdim. Özü də tək “Atletiko”ya deyil. Elə “Lans”ın da futbolçularına bahalı hədiyyələr verirdim.

- Qayıdaq yenə Simeoneyə. Necə insandı? Oyunlar vaxtı çox çılğın olur.

- Çox yaxşı, zarafatcıl, iradəli və xarakterli adamdır. Dəmir intizamı var. Yeri gəlmişkən, Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi. Amma, görünür, müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası  yarada bilər. Deyirdi ki, Azərbaycandan mənə, “Atletiko”ya 15-16 yaşlarında 40 nəfər uşaq verin. Hamısını aparım Madridə. İçlərindən 20-sini seçib, digərlərini geri qaytaracam. Həmin 20 futbolçu İspaniyada qalıb təcrübələrini artırmalı və Azərbaycan milli komandalarına fayda verməli idi.


Arda Turan və Dieqo Simeone Bakıda mətbuat konfrasında

- Madridə burdan uşaqlar getmişdi, axı..

- Getdilər. Alınmadı. Qoymadılar qala. Nə isə.
Məsələn, indi “Qarabağ”da uğurlu oyunu ilə seçilən Mahir Mədətov. Bizim akademiyanın yetirməsidi. O, həm “Atletiko”, həm də “Lans”da təcrübədə oldu. Fransaya gedəndə bir az fiziki tərəfdən zəif idi. Amma ispanlar da, fransızlar da deyirdilər ki, qoymayın onlar Azərbaycanda qalsın. Mənim planım belə idi ki, bizim uşaqlar “Atletiko”da, “Lans”da qalsın. Orda oxuyub təhsil alsınlar. Qrizmann kimi futbolçuların oynadığı klubda təcrübə keçsin. Sonra işlərimizdə problem yarandı. Qayıdıb gəldilər bura.

- Bəs , “Atletiko” ilə əməkdaşlığınız bitdikdən sonra klubla əlaqələriniz qalır?

- Əlbəttə. Dünən də danışmışam. Bizi təkcə futbol deyil, dostluq münasibətləri də birləşdirir.

- Klubda əsasən kimlərlə sıx münasibətiniz var?

- Əsasən rəhbərliklə. Futbolçulardan Qabi və Fernando Torreslə dostam. Bir də təbii ki, “Atletiko”dan “Barselona”ya gedən Arda Turanla... Hərdən danışırıq.

- Dieqo Simeonenin hansı söhbətləri yadınızda qalıb?

- Qızları çox sevir (gülür). Çox yaxşı adamdı. Simeonenin köməkçisi də komandanın əhval-ruhiyyəsin qaldırır. Bir şey deyim, Simeoneyə çox dəyər verirlər klubda, sözünə qulaq asırlar. “Atletiko” deyir ki, biz o vaxt xoşbəxt olduq ki, Simeone və bizimlə sponsorluq eyni vaxta təsadüf etdi.

- Bəs “Atletiko”nun “Qarabağ”la eyni qrupa düşməsini necə qarşıladınız?

- Bir dəfə gəlib-getmişdilər Bakıya. Amma o vaxt heç kimin ağlına gəlməzdi ki, onlar bu dəfə rəsmi matç üçün səfər edəcəklər. Ancaq “Qarabağ” onların yolun bura saldı. Onlar bu oyuna doğrudan da ciddi hazırlaşıblar, məsuliyyət hiss edirlər. Öz otellərində qalacaqlar, oyunlarını oynayıb, gedəcəklər. Kənara çıxmağa icazə yoxdu.

- “Qarabağ” haqda nə soruşurlar sizdən, nələrlə maraqlanırlar?

- “Qarabağ”ı qəşəng tanıyırlar. Dediyim kimi, oyuna da, rəqibə də ciddi yanaşırlar. Çünki cəmi 1 xalları var. Onların məqsədi qələbə qazanmaqdır.

- Oyuna stadiondan baxacaqsınız?

- Yüz faiz.

- Yəqin ki, “Qarabağ”a azarkeşlik edəcəksiniz..

- Əlbəttə. Satılıb eləməmişəm ki (gülür)... Öz komandamızdı “Qarabağ”. Amma onlar da özümüzünküdü.

- “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşdü. Bu haqda nə düşünürsüz?

- Halal olsun, komanda üzvlərinin hamısına. “Qarabağ” Çempionlar Liqasındadısa, bu, Azərbaycan, klub üçün böyük şeydi. Çox gözəl komanda qurublar, daxildə əhval-ruhiyyə yaxşıdır. Buna görə də hər şey əla alınır. Baş məşqçisi də böyük iş görüb. Qurbana halaldı. Öz sözünü dedi. Çox ilklərə imza atdı. Mən onu da təbrik edirəm, oyunçuları da. Yaxşı da futbol göstərirlər. Yaxşı ki, elə Qarabağın adı olub. Nə “Bakı”, nə “Neftçi”. Bəlkə də Çempionlar Liqasının qrupundan başqa komandamız oynasaydı, bu qədər sevilməyəcəkdi. “Qarabağ” “Çelsi” ilə səfərdə bərabər səviyyədə oynaya bilməzdi. Arada böyük səviyyə fərqi var. Amma komanda belə ağılla, işlərinə bu cür məsuliyyətlə davam etsə, inanıram ki, gələcəkdə nəhəng komandalarla başabaş mübarizə də aparacaqlar.

Aydın BAĞIROV

7256 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
11.11.2017  10:30 “Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov
07.11.2017  15:15 “Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli
04.11.2017  10:52 “Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev
03.11.2017  17:38 “Xaqani Məmmədov hakimləri qorumur, uçuruma aparır” – Anar Salmanov
30.10.2017  16:30 "Onun da işi özünü yalandan yerə atmaqdır” – Cavid Hüseynov
27.10.2017  12:05 “Ən birinci namizəd Qurban Qurbanovdur” – Vaqif Sadıqov
26.10.2017  20:48 “Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov
26.10.2017  15:08 “İnter”də qalıb-qalmayacağıma o qərar verəcək” – Zaur Svanadze
26.10.2017  13:11 “Qarabağ”la oyunda sensasiya etmək istəyirik” – Vüqar Nadirov
25.10.2017  15:11 "Kəpəz"də 3 ildi vəziyyət belədi... "
23.10.2017  16:41 “Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
22.10.2017  11:35 “Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
13.10.2017  22:40 “İstərdim ki, Prosineçki qalsın” – Rahid
13.10.2017  13:05 “Oğlum Coşqunu transfer etmək gücündə deyilik” – Şahin Diniyev
13.10.2017  11:53 “Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” – Mirhüseyn Seyidov
12.10.2017  14:47 "AFFA millini mənə təklif etməz" - Mircavadov
09.10.2017  18:23 "Çox tab gətirə bilmədik" - Təmkin Xəlilzadə
09.10.2017  02:19 “Bacardığımız qədər vuruşduq” - Əfran İsmayılov
27.09.2017  23:22 “Roma” nəticəyə görə çox narahat idi" - Rəşad Sadıqov
23.09.2017  14:52 "Çelsi" ilə oyun bizə dərs oldu" - Maksim Medvedev
 
 
  18.11.17
01:22
  Paşayevin komandası “Şaxtyor”a qalib gəldi
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore