"Qarabağ"dan tarixi qələbə

"Qarabağ"dan tarixi qələbə
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2017 / 12:34 5004
-  A +

“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının 8-ci turunun “İnter”lə görüşündə nail olub. Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir.

 Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.

Daha çox


Son xəbərlər