"Zirə"dən rekord

"Zirə"dən rekord
XƏBƏR 16 Oktyabr 2017 / 12:29 2086
-  A +

"Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qəsəbə klubu Topaz Premyer Liqasının 8-ci turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun komandası 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar 8-ci turu məğlubiyyətsiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.

Daha çox


Son xəbərlər