"Komandadakı dəyişikliyin əsas səbəbi Tərlan Əhmədovdur"

"Komandadakı dəyişikliyin əsas səbəbi Tərlan Əhmədovdur"
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2017 / 12:15 2425
-  A +

"Neftçi"də dəyişikliyin əsas səbəbi baş məşqçidir. Görürsünüz, başqa heç nə dəyişməyib. Həmin komandadır. Cəmi 1 futbolçu cəlb edib. Tərlan Əhmədov komandaya inam, qələbə ruhu gətirib. Komanda iki matç uduzsa da, yaxşı çıxış etmişdi. Özü də demişdi ki, bu oyunla qalibiyyətlər gələcək. Elə də olur. İnşallah, davamı gələcək".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqanın 8-ci turunun "Səbail"lə görüşündən (4:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Oyunla bağlı fikirlərini bildirən təcrübəli futbolçu komandadakı müsbət dəyişikliyin səbəbini baş məşqçi amili olduğunu vurğulayıb: "Arxayınlaşma olmadı. Vurulan hər qoldan sonra komanda bir da inamlı oynamağa başladı. Biz də buna çalışırıq. Nə qədər qol vura biliriksə, vuracağıq. Gücümüz çatmayacaq, uduzacağıq. Rəqibi alçaltmaq olmaz. Çünki "Kəpəz"i məğlub ediblər, elə bizi də ilk dövrədə udublar. "Səbail" istənilən komandaya baş ağrı ola biləcək rəqibdir. Sadəcə, biz daha yaxşı oynadıq və qələbə qazandıq".

"Səbail"lə oyuna müdafiəçi qismində çıxan R.Sadiqov həmin mövqedə oynamağın ona çətinlik yaratmadığını söyləyib: "Açığı, çətinlik çəkmirəm. İslamiadada da arxa müdafiəçi kimi oynamışam. Bundan başqa, "Qarabağ"a qarşı, hətta milli komandada da bu mövqedə çıxış etmişəm. Mən yad mövqe deyil".

Daha çox


Son xəbərlər