Əliyar Ağayev Avroliqanın oyununa təyinat aldı

Əliyar Ağayev Avroliqanın oyununa təyinat aldı
XƏBƏR 16 Oktyabr 2017 / 12:07 3272
-  A +

Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Daha çox


Son xəbərlər