"Azərbaycandan 3 xalla qayıtmalıyıq" - Saul Niqes

"Azərbaycandan 3 xalla qayıtmalıyıq" - Saul Niqes
GÜNDƏM 16 Oktyabr 2017 / 11:45 2239
-  A +

 “Barselona” ilə oyunu unutmalı və beynimizi təmizləməliyik. Çünki Çempionlar Liqasında növbəti matça çıxacağıq. “Qarabağ”la görüş bizim üçün böyük önəm kəsb edir".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Saul Niqes Çempionlar Liqasının üçüncü turunda "Qarabağ"la oyun öncəsi deyib.

O bildirib ki,  ilk iki görüşdə qalib gələ bilmədikləri üçün artıq xal itirmək haqqları qalmayıb: "Azərbaycan səfərindən mütləq 3 xalla dönməliyik. Bu, komandamızın gələcəyi üçün həlledici oyundur”.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" görüşü oktyabrın 18-i saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı