Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu
XƏBƏR 16 Oktyabr 2017 / 21:26 4132
-  A +

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara bu gün yekun vurulub.

Qol.az-ın məlumatına görə, millimiz son turda Bolqarıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Ukrayna İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, İrlandiya qrupu 1-ci, Ukrayna  2-ci pillədə tamamlayıb. Millimiz isə 3-cü olub. Bolqarıstan isə sonuncu - 4-cü yeri tutub.
 
Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

16 oktyabr

19:30. Azərbaycan – Bolqarıstan - 2:1
Qollar:
Turan Vəlizadə, 18 (1:0), Vladimir Nikolov, 45 (1:1), Turan Vəlizadə, 80+2 (2:1)
Qorna Orexovitse. “Lokomotiv” stadionu
 
19:30. Ukrayna – İrlandiya - 1:3
Veliko Tarnovo. İvaylo stadionu
 



1

İrlandiya

3

3

0

0

12-1

9

2

Ukrayna

3

2

0

1

10-4

6

3

Azərbaycan

3

1

0

2

3-13

3

4

Bolqarıstan

3

0

0

3

1-8

0

 

Daha çox


Son xəbərlər