Prosineçki haqda növbəti iddia

Prosineçki haqda növbəti iddia
GÜNDƏM 16 Oktyabr 2017 / 09:42 3648
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki barədə növbəti iddia yayılıb.

Qol.az-ın məlumatına görə, "Sabah" qəzeti xorvatiyalı mütəxəssisin "Trabzonspor"u çalışdıra biləcəyini yazıb. Hazırkı baş məşqçi Ərsun Yanalla yolları ayırmağa qərar verən klub rəhbərliyinin bu vəzifəyə namizədləri sırasında R.Prosineçkinin də olduğu iddia edilib. Digər namizədlər sırasında Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay və Fatim Terim yer alıb.

Qeyd edək ki, "Trabzonspor" dünən doğma meydanda "Akhisar"a 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra klub rəhbərliyinin bu gün Ə.Yanalı istefaya göndərəcini rəsmən açıqlayacağı gözlənilir.

Xatırladaq ki, R.Prosineçki ilə Sloveniya, Avstriya, Bosniya və Herseqovina millililərinin də maraqlandığı iddia edilir.

Daha çox


Son xəbərlər