AFFA və PFL problemlə üzləşdi

AFFA və PFL problemlə üzləşdi
XƏBƏR 9 Aprel 2010 / 11:24 1762
-  A +

Bu gün səhərdən etibarən AFFA-nın və Peşəkar Futbol Liqasının rəsmi saytlarının hostinqində texniki problem meydana çıxıb. Bu haqda Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, hər iki sayt eyni hostinqdə yerləşdiyindən ora daxil olmaq hələlik mümkün deyil. M.Nərimanoğlu problemin bir neçə saat sonra həll ediləcəyini deyib.


Son xəbərlər