"Heç vaxt qruplaşmada iştirak etməmişəm" - İqnasio Herrera

"Heç vaxt qruplaşmada iştirak etməmişəm" - İqnasio Herrera
XƏBƏR 15 Oktyabr 2017 / 21:28 3166
-  A +

"Öz adımdan onu deyə bilərəm ki, heç vaxt qruplaşmada iştirak etməmişəm, etmərəm də".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu İqnasio Herrera komandada qruplaşma olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O  vurğulayıb ki, ümumiyyətlə, "Neftçi"yə gəldiyi vaxtdan bu komandada yerlilərlə legionerlər arasında qruplaşma görməyib: "Məsələn, mən ispan dilində danışdığım üçün daha çox anlaşa bildiyim futbolçu ilə ünsiyyətdə oluram, onunla oturub-dururam. Bu isə qruplaşma deyil".

 

Daha çox


Son xəbərlər