"Səbail"ə borcumuzu artıqlaması ilə qaytardıq" - Rəşad Sadiqov

"Səbail"ə borcumuzu artıqlaması ilə qaytardıq" - Rəşad Sadiqov
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2017 / 21:07 2967
-  A +

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov Topaz Premyer Liqasının 8-ci turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az-ın məlumatına görə, o, matçla bağlı bunları bildirib: "Adamın borcu olanda özünü narahat hiss edir, gecə yata bilmir. Oyundan öncə komandaya demişdim ki, "Səbail"ə borcumuz var, onu qaytarmalıyıq. Bu gün meydana çıxdıq və borcumuzu artıqlaması ilə qaytardıq".

Qeyd edək ki, "Neftçi" ilk dövrədə "Səbail"ə uduzmuşdu.

Daha çox


Son xəbərlər