Vaqif Cavadovdan təzə xəbər

ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 11:08 2647
-  A +

«Zədəylə bağlı hər şey qaydasına düşməkdədir. Artıq komandaya qoşulmuşam. Bütün məşqlərdə fəal iştirak edirəm. Düzdür, müəyyən qədər ehtiyatlı olmalıyam. Amma heç bir ağrıdan söhbət gedə bilməz». Qol.Az-ın məlumatına görə, bu sözləri zədəsi səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan millimizin və Hollandiyanın «Tvente» klubunun hucumçusu Vaqif Cavadov söyləyib. «Əgər heyət iki yerə bölünüb sərt mübarizə fonunda iktərəfli oyun keçirirsə, bunu kənardan izləyirəm. Axı, zədəmi yeniləyə bilərəm. Səhhətimlə bağlı hər şey qaydasına düşdükcə, ümidlərim də artır. Mənim İşim özümü tam formaya salıb şansımı gözləməkdir» - deyə V.Cavadov bildirib.
Xatırladaq ki, zədəsi səbəbindən Cavadov hələ də «Tvente»də rəsmi oyun keçirə bilməyib.
Mənbə: «Futbol+» qəzeti


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki