“Bakı” yoxlama oyununda qələbə qazandı

“Bakı” yoxlama oyununda qələbə qazandı
XƏBƏR 8 Aprel 2010 / 21:01 1640
-  A +

Unibank Premyer Liqasının XXVII turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək “Bakı” qarşıdakı matçın hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” əvəzedici heyətlə yoxlama oyunu keçirib. Klubun bazasında baş tutan qarşılaşma əsas heyətin 5:0 hesablı qələbəsiylə başa çatıb. “Bakı”nın heyətində Jaba, Fabio Luis Ramim, Bəxtiyar Soltanov (2 dəfə) və Alan Vanqa fərqləniblər. Komandanın sabahkı məşqi saat 16:00-da bazada baş tutacaq.

 


Son xəbərlər