Əhməd Ticani "Xəzər Lənkəran"ı cəzalandırmaq istəyir

XƏBƏR 8 Aprel 2010 / 20:40 2013
-  A +

“Bakı” klubu Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Xəzər-Lənkəran”a qarşı oyuna hazırlığı davam etdirir. Gündə 1 dəfə məşq edən komandanın heyətində Əhməd Ticani fəallığı ilə seçilir. Yanvar ayında Türkiyədə keçirilmiş təlim-məşq toplanışında zədələnərək əməliyyat olunmuş nigeriyalı forvard əsas heyətdə yerini qaytarmaq niyyətindədir. “3 aydır ki, oynamıram. Həkimlər sağaldığımı deyirlər. Özüm də oynamağa hazır olduğumu hiss edirəm. Qalır şans qazanıb özümü göstərmək. Ümidvaram ki, meydana çıxıb rəqibi cəzalandıra biləcəyəm”. Bu sözləri Əhməd Ticanı “Bakı” klubunun rəsmi internet səhifəsinə açıqlamasında deyib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı