“Qalatasaray” Raykaardı saxladı

XƏBƏR 8 Aprel 2010 / 19:34 1770
-  A +

“Qalatasaray” klubu baş məşqçi Frank Raykaardla bağlı son qərarını verib. Qol.Az saytının məlumatına görə, klub rəhbərliyi ötən yay dəvət etdiyi 48 yaşlı holland mütəxəssisi istefaya göndərməyi məqsədəuyğun saymayıb. Klub prezidenti Adnan Polatla vitse-prezident Haldun Üstünəl Raykaardla yola davam edəcəklərinin qəti olduğunu bəyan ediblər. Türkiyə kuboku və Avroliqada mübarizəni dayandırdıqdan sonra çempionluq şansı da xeyli azaldan “Qalatasaray”ın “Trabzonsopor”, “Fənərbaxça” və “Sivasspor”la oyunlarda xal itkisi baş məşqçi dəyişikliyə ilə bağlı çoxsaylı müzakirələrə səbəb olub. Ancaq klub rəhbərliyi Raykaardın üzərinə çox təzyiqlərin olunduğu, onun haqsız yerə “baltalandığı” qənaətinə gəlib.

 


Son xəbərlər