Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi

Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi
GÜNDƏM 14 Oktyabr 2017 / 11:33 3477
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki Sloveniya Futbol Federasiyasının onunla maraqlandığını təsdiqləyib.

Qol.az-ın məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin telekanalına müsahibəsində deyib: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif etdi. Böyük ehtimalla, hər şeyi bir neçə günə müzakirə edəcəyik".

R.Prosineçki onu da bildirib ki, hazırda gələcəyi ilə bağlı yekun qərar verməyib: "Hər şey ola bilər. Kimlərinsə mənimlə maraqlanmağı böyük şərəfdir. Bu göstərir ki, mən işimi düzgün görürəm. AFFA ilə danışıqlarım olana qədər gələcəyimlə bağlı dəqiq bir şey söyləyə bilməyəcəm".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı