"Atletiko"dan çəkinmirik" - Mahir Mədətov

"Atletiko"dan çəkinmirik" -  Mahir Mədətov
GÜNDƏM 13 Oktyabr 2017 / 17:50 3429
-  A +

“İnter”lə oyun həmişə çətin olub. Çalışırıq ki, bu komandaya qarşı səbirli olaq. Çünki rəqib sıx müdafiə olunur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqanın 8-ci turunda “İnter”ə qalib gəldikləri oyundan (2:0) sonra “CBC Sport”a açıqlamasında deyib.

Qələbənin asan olmadığını bildirən gənc hücumçu qol vura bilmədiyi üçün təəssüflənmədiyini qeyd edib: “Qurban müəllim də bizə demişdi ki, səbirli olun. Matçın süni ot örtüyündə olması bir qədər də işimizi çətinləşdirdi.

Qol vurmaq mənim işimdir. Ancaq qarşıma elə bir məqsəd qoymamışam ki, hər oyunda qol vurmalıyam. Qol vurmaq da ələ düşən fürsətdən asılıdır. Çalışıram ki,  hər oyunda komandama xeyir verim".

M.Mədətov oktyabrın 18-də  Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Atletiko” ilə qarşılaşacaqları oyun haqda da danışıb: “Rəqibin gücü bəllidir. Ancaq biz evdə tam başqa həvəslə çıxış edirik, daha rahat oluruq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Rəqibin kimliyindən asılı olmayaraq çəkinmirik”.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"