“İnter”dəki maaş probleminə görə toyumu təxirə saldım” – Orxan Sadıqlı

“İnter”dəki maaş probleminə görə toyumu təxirə saldım” – Orxan Sadıqlı
GÜNDƏM 13 Oktyabr 2017 / 17:44 3248
-  A +

“Artıq bezmişik. Nə vaxta qədər belə oynamaq olar? 80 dəqiqə mübarizə aparırıq, sonra iki top buraxıb uduzuruq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “İnter”in qapıçısı Orxan Sadıqlı bu gün “Qarabağ”la Topaz Premyer Liqanın 8-ci turunun oyunundan (0:2) sonra jurnalistlərə açıqlamasında bildirib. O, komandada maaş probleminin davam etdiyini söyləyib: “İki aydır maaş ala bilmirik. Hətta mən buna görə toyumu Məhərrəmlikdən sonraya təxirə saldım”.

Orxan Sadıqlı deyib ki, bu gedişlə “İnter”dən ayrılacaq: “Belə davam etsə, qışda komandanı tərk edəcəyəm. Qardaşıma demişəm ki, mənə yeni iş axtarsın”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord