“İnter Arena”da maraqlı olay: Ansi Maksimin formasında

“İnter Arena”da maraqlı olay: Ansi Maksimin formasında
XƏBƏR 13 Oktyabr 2017 / 16:45 5397
-  A +

Topaz Premyer Liqanın 8-ci turunun bu gün keçirilən “İnter” – “Qarabağ” oyunu zamanı maraqlı hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, ikinci hissə başlamazdan əvvəl meydana girməyə hazırlaşan Ağdam klubunun futbolçusu Ansi Aqolli diqqət mərkəzinə düşüb. Ehtiyat heyətdən meydana daxil olmaq istəyən alban futbolçunun əynində səhvən komanda yoldaşı Maksim Medvedyevin forması olub. O, elə bu forma ilə də meydana girmək istəyib. “Qarabağ”ın texniki zonasındakı şəxslərin xəbərdarlığından sonra Ansi gülərək formanı dəyişib.

Qeyd edək ki, M.Medvedyev də bu matçda A.Aqolli kimi ehtiyat oyunçular sırasında yer alıb.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord