Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Rəşad Sadıqov Totti ilə görüşdü - Şəkillər

Yazarlar
 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Neftçi" - "Zirə" - Şəkillər
Top 5
"Neftçi" və "Keşlə" yarımfinalda
"Real" finalda - klublararası dünya çempionatı
“Qurban Qurbanov yumşaq biri kimi görünür, ancaq...” - Dino
Qurban Qurbanovun daha iki köməkçisi müəyyənləşdi
Rəşad Sadıqov iki milliyə baş məşqçi təyin edildi - rəsmi
Linklər
525ci Qəzet

“Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” – Mirhüseyn Seyidov
A A A

[13.10.2017]
“Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” – <b style="color:red">Mirhüseyn Seyidov</b>

Premyer Liqanın VIII turunda “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Liderlə oyunöncəsi komandanın yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.az saytının suallarını cavablandırıb.

- Bu tur “Qarabağ”la qarşılaşacaqsınız. Oyuna necə hazırlaşmısız?

- Adi çempionat oyunu kimi hazırlaşmışıq. Keçən oyun “Neftçi”yə uduzduq. Sonra millinin oyunlarına görə fasilə yarandı. 1-2 zədəlimiz var, amma hazırlığımız yaxşı keçib. Normal hazırlaşmışıq.

- “Qarabağ” milliyə daha çox futbolçu verdiyindən, bu cür toplanışlardan sonra komandada yorğunluq olur. Elə futbolçular da çox vaxt bunu dilə gətirirlər. Bu amil “İnter” üçün əlavə üstünlük ola bilərmi?

- Açığı, bizdə də milliyə gedən futbolçular az olmur. Düzdür, “Qarabağ”ın futbolçuları təcrübəlidirlər. Bir çox futbolçusu əsas milliyə dəvət alır. Ancaq nəzərə alaq ki, onların heyəti də genişdir. Bu mənada inanmıram ki, bu, “Qarabağ” üçün hansısa problem yaratsın. Əksinə, bizdə heyətlə bağlı kasadlıq var. Bizə daha çətindir. Digər tərəfdən, 4 gün sonra Çempionlar Liqasında oyunları var. Həmin oyuna yüksək əhval-ruhiyyədə çıxmaq üçün rəqib bizdən daha istəkli olacaq.

- Nizami Hacıyev “Qarabağ”a qarşı oynamayacaq. Səncə, kapitanın yoxluğu oyununuza nə kimi təsir göstərə bilər?

- Nizami kapitandı. Komandanı arxasınca aparandı. Ötən turda da oynamamışdı. Düzdür, onun olmaması ciddi itkidi. Onun mövqeyində oynayan futbolçu Nizaminin boşluğunu doldurmalıdı. Rəqib “Qarabağ”dı. Hər futbolçu bu komandaya qarşı yaxşı oynayıb, özünü göstərməyə çalışır.

- Məlum hadisəyə görə Zaur Svanadze Gürcüstanda idi və “İnter” “Qarabağ”la oyuna baş məşqçisiz hazırlaşdı...

- Xanımı dünyasını dəyişdi, Allah rəhmət eləsin. Svanadze özü Bakıda olmasa da, köməkçiləri burda idi. Bilirsiz ki, köməkçisi öz qardaşı oğludu. Uşaqlar da məsuliyyəti dərk edib, daha istəklə hazırlaşıb. Artıq Svanadze Bakıya gəlib. Oyunöncəsi son məşqi özü keçib.

- Komanda daxilində ümumi əhval-ruhiyyə necədi?

- Normaldı. “Neftçi”yə məğlubiyyətdən sonra ruh düşkünlüyü yarandı. Amma unutmaq omaz ki, rəqib “Neftçi” idi. Onlar bu mövsüm zəif təsir bağışlasalar da, “Neftçi”yə məğlubiyyəti o qədər də böyütmək lazım deyil. “Neftçi” həmişə belə qalmayacaq. Nə vaxtsa öz sözünü deyəcək.

- Vaxtı ilə “ağ-qaralar”ın şərəfini qorumusan. Yenidən sabiq komandana qayıdışın gözlənilirmi?

- Hələ ki, açıq danışığımız olmayıb. Ordan-burdan eşidirəm. Çünki Tərlan müəllimin o qədər vaxtı da yoxdur ki, bu barədə aramızda hansısa danışıq olsun. Sağ olsun, hörmətimi saxlayır. Arada görüşürük. Amma açıq söhbət olmayıb. “İnter”lə də müqaviləm var. Qışı gözləyək. Ondan sonrakı proseslərə baxarıq. Tam əminliklə demirəm, amma nə vaxtsa “Neftçi”yə qayıtmaq qismət ola bilər. Yəqin ki, “Neftçi”ni belə saxlamazlar. Qışda yeni futbolçular alınacaq. Çünki hazırkı mövqeyi bu komandaya yaraşmır.

- “Neftçi”dən söz düşmüşkən, bu gün komandanın belə uğursuz çıxışının səbəbini nədə görürsən?

- “Neftçi” bu gün yerli oyunçudan əziyyət çəkir. Öz adımı çəkməyim, düzgün çıxmaz. Araz, Elvin, Slavik var idi ki, bu gün klublarında yaxşı çıxış edirlər. “Neftçi” bu cür futbolçuları əldən buraxdı, indi də əziyyətini çəkir. Yeni rəhbərlik gələndən onra hər şey dəyişdi. Hər hansı məğlubiyyətdən sonra uşaqları tanımadıqları halda uzaqlaşdırdılar. Bu, düzgün addım deyildi. Böyük səhv elədilər. “Neftçi”də yerli uşaqlar bir yumruq kimi idi, onu dağıtdılar. Nəticədə kollektiv pozuldu.

- Yəni komandanın acınacaqlı duruma düşməsində 1 nömrəli günahkar rəhbərlikdi?

- İnciməsinlər, amma belədi. O vaxt bizi çıxaranda da ciddi problem yox idi. Bilirdik ki, büdcə azalacaq. “İnter”ə gələndə də vəziyyəti bilirdik. Biz heç vaxt pul davası etməmişik. Çağırıb, hər şeyi izah etsəydilər, bizdən kömək istəsəydilər, canla-başla kömək edərdik. Bizim üçün qürur hissi olardı. Amma bunlar elə etmədilər. Məşqçi heç nə demədən bəzi yerli uşaqları komandadan kənarlaşdırdı. Vallah, kimisə göndərmək elə də çətin iş deyil. Yetişdiyin klubda can qoyursan, sonluq belə olanda ruhdan düşürsən.

- “İnter”də vəziyyət necədi? Maaşlar verilirmi?

- Şükür, pis deyil. Sadəcə ötən ayın maaşları qalıb. Rəhbərlik söz verib ki, tezliklə maaşlar ödəniləcək. Heç bir problem olmayacaq.

- Son olaraq, Rəşad Sadıqovun milli karyerasını başa vurması ilə bağlı nə deyə bilərsən?

- Rəşadın oynadığı futbol hamıya bəllidi. Onun lider keyfiyyətlərini hamı bilir. Ancaq 3 cəbhədə mübarizə aparmaq çox çətindi. Milli oyunları daha ağır keçir. Yaşına görə, ola bilsin, ona bir az çətindi. Bu gün həm məşqçi, həm də futbolçu kimi “Qarabağ”a dəstək olur. Azərbaycan futbolu üçün ciddi itki olacaq. Ola bilsin, Rəşad kimisi bir daha futbolumuza gəlməəcək. Lakin yetişən gənclər Rəşadı layiqincə əvəz etməyə çalışacaqlar.

Elnur SALAHOV

2230 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.12.2017  16:00 “Ehtiyatda oturmaq fikrim yoxdur” – Orxan Sadıqlı
10.12.2017  20:00 "Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"
04.12.2017  14:35 “Elvin Camalov əsas heyətdə oynayırsa, bu, bizim çempionluğumuzdur”
01.12.2017  16:23 “Bizim vaxtımızda oyun alqı-satqısı yox idi” - Mircavadov
29.11.2017  19:52 "Məndə bəzi şeylər alınmır" - Pərdis Fərcad-Azad
24.11.2017  16:50 “Mənə Azərbaycanda oynamaq xoşdur” – Filip Ozobiç
21.11.2017  17:17 “Problemləri axtarıb tapmaq lazımdır” – Mahmud Qurbanov
17.11.2017  14:24 “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
11.11.2017  10:30 “Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov
07.11.2017  15:15 “Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli
04.11.2017  10:52 “Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev
03.11.2017  17:38 “Xaqani Məmmədov hakimləri qorumur, uçuruma aparır” – Anar Salmanov
30.10.2017  16:30 "Onun da işi özünü yalandan yerə atmaqdır” – Cavid Hüseynov
27.10.2017  12:05 “Ən birinci namizəd Qurban Qurbanovdur” – Vaqif Sadıqov
26.10.2017  20:48 “Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov
26.10.2017  15:08 “İnter”də qalıb-qalmayacağıma o qərar verəcək” – Zaur Svanadze
26.10.2017  13:11 “Qarabağ”la oyunda sensasiya etmək istəyirik” – Vüqar Nadirov
25.10.2017  15:11 "Kəpəz"də 3 ildi vəziyyət belədi... "
23.10.2017  16:41 “Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
22.10.2017  11:35 “Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
 
 
  15.12.17
17:50
  "Qəbələ" yarımfinalda, "Qarabağ" "Sumqayıt"a qarşı - Yenilənir
17:44
  Həftənin ən gözəl qolları - Video
17:06
  Ardanın təzminat qiyməti açıqlandı
16:41
  "Real"a qayıtmağı düşünmürəm" - Xames Rodriqes
16:12
  "Zirə" David Manqa ilə yolları ayırdı
16:03
  İngiltərədə noyabrın ən yaxşı oyunçusu seçildi
15:36
  "Səbail" - "Qəbələ": heyətər
15:10
  "Neftçi"nin Antalyada rəqibləri bəlli oldu
15:02
  Qadın millimizin FİFA reytinqi açıqlandı
14:48
  Qvardiola yenə ən yaxşı məşqçi seçildi
14:30
  Rəşad Sadıqov Totti ilə görüşdü - Şəkillər
14:15
  “Heç bir futbolçu autsayder komandada oynamaq istəməz”
13:43
  "Ronaldoya deyin ki, axmaqlıq etməsin" – Maradona sərt danışdı
13:14
  Maskerano Çin klubuna gedir
12:57
  "Qarabağ"ın futbolçusu ən yaxşı yarımmüdafiəçi seçildi
12:39
  Günün canlı oyunları - Etopaz-da
12:15
  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi
11:44
  UEFA fair-pleylə bağlı AFFA-ya məktub göndərdi
11:31
  “Fariz Yusifov meydanda “Neftçi”nin ən yaxşı oyunçusu idi” – Milan Duriç
11:09
  Dəniz Yılmaz "Bursaspor"dan borcunu aldı - hədə yolu ilə
10:46
  Prosineçki haqda növbəti iddialar
10:05
  "Neftçi"nin kapitanı cəzalı duruma düşdü
09:41
  Kubokun oyunları canlı yayımda
00:50
  “Cavab qaytardım, üstümə gəldi” – “Neftçi”nin legioneri
00:30
  "Mançester Yunayted" Villian üçün təklif göndərdi
00:10
  "Söz vermişdik ki, bu tilsimi qıracağıq" - Ruslan Abışov
  14.12.17
23:00
  "Neftçi" - "Zirə" - Şəkillər
22:00
  "Neftçi" yarımfinala belə yüksəldi - Video
21:46
  "Yan xətt hakimləri göz görə-görə səhv etdilər" - Ayxan Abbasov
21:29
  "Yumruq başlarının üstündə olmasa, futbolçular yaxşı oynamırlar" - Tərlan Əhmədov
20:56
  "Neftçi" və "Keşlə" yarımfinalda
20:25
  "Qalatasaray"dan Arda Turan açıqlaması
19:47
  Qrizmann sağaldı
19:12
  "Kəpəz" - "Keşlə" - Şəkillər
18:40
  Ronaldinyo senator olmaq istəyir
18:24
  "Neftçi" - "Zirə": heyətlər açıqlandı
18:00
  Banişevskinin adını əbədiləşdirməsək, başqası qabağa düşəcək...
17:43
  "İndi də mən klublardan eyni münasibəti gözləyirəm" - Qurban Qurbanov
17:27
  Qurban Qurbanovun daha iki köməkçisi müəyyənləşdi
16:51
  "Mənim gücüm bura qədərdir" - Ramiz Məmmədov
16:20
  Elxan Məmmədov məşqçilərə mühazirə oxudu - Şəkillər
16:00
  “5-10 futbolçu ilə ortada qala bilmərəm” – Yunis Hüseynov
15:54
  Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
15:40
  Gəncədə 5 qol - Video
15:28
  16 yaşlı futbolçu oyun zamanı öldü
14:33
  Cənubi Amerika kubokunun qalibi bəlli oldu
14:08
  “Elə oynamalıyıq ki, sanki hesab 0:0-dır” – Filip Ozobiç
13:45
  Günün canlı oyunları - Etopaz-da
13:19
  “Səbail”də ilk ayrılıq
12:44
  “Qarabağ”la heç-heçələr bizi Çempionlar Liqasından məhrum etdi” – Torres
12:39
  "Kəpəz" - "Keşlə": heyətlər
12:11
  "Mançester Siti" "Arsenal"ın rekordunu yenilədi
11:42
  “Qarabağ”ın hazırlıq planı məlum oldu
11:25
  Lukaku "Mançester Yunayted"ə qələbə qazandırdı - Video
11:10
  Serbiya çempionatında kütləvi dava - Şəkillər, Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore