"Azərbaycan millisindən təklif almamışam" - türkiyəli məşqçi

"Azərbaycan millisindən təklif almamışam" -  türkiyəli məşqçi
GÜNDƏM 13 Oktyabr 2017 / 11:17 3979
-  A +

Türkiyə KİV-lərində adı Azərbaycan millisi ilə hallanan  Engin Fırat yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, hazırda ABŞ-ın “Dallas” klubunu çalışdıran türkiyəli mütəxəssis ajansspor.com-a açıqlamasında millimizdən təklif almadığını deyib:

“Dallas”dan ayrılacam. Yeni komanda tapmaq istəyirəm. Bəzi klublardan təklif almışam. Milli komandada da çalışa bilərəm. Moldova və Kosovodan rəsmi təklif almışam, ancaq Azərbaycandan təklif yoxdur. Çində də çalışa bilərəm”.

Qeyd edək ki, dekabrda müqaviləsi başa çatacaq millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızdan ayrılacağı gözlənilir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki