Oqtay Abdullayev: “Biz veteranlar “Neftçi”ni sonadək dəstəkləyəcəyik”

XƏBƏR 8 Aprel 2010 / 17:42 1875
-  A +

“Neftçi” Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev “Neftçi”nin son oyunlarından sonra fikirlərini bildirib: “Sadıq Sadıqov “Neftçi”nin prezidenti olandan sonra komandanın uğurlu çıxışı göz qabağındadır. Flaqman xüsusilə “altılıq”dakı oyunlarda məzmunlu və hücum futbolu nümayiş etdirir. Klub rəhbərliyinin komandanı gənc mütəxəssis Arif Əsədova tapşırması bizi sevindirməyə bilməz. İnanırıq ki, Araz Abdullayev kimi digər yerli istedadlı futbolçuların əsas heyətdə oynayacaqları gün uzaqda deyil. Son turlar “Neftçi”yə qarşı haqsız təzyiqlərin artması bizi narahat edir. Futbolçuların oyunlarda bundan sonra da uğurlu nəticələr qazanması üçün heç bir təxribata fikir vermədən sonadək mübarizə aparmalarını istəyirik. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır və biz veteranlar doğma komandamızı sonadək dəstəkləyəcəyik” – deyə O.Abdullayev Qol.Az-a bildirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord