Avropalı hakimlər Çin çempionatında

Avropalı hakimlər Çin çempionatında
XƏBƏR 13 Oktyabr 2017 / 00:38 1902
-  A +

Çin Futbol Assosiasiyası ölkə çempionatının oyunlarına əcnəbi hakimlərin dəvət olunmasına qərar verib.
Qol.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çin çempionatının qarşıdakı turundakı görüşlərdən üçüncü avropalı hakimlər idarə edəcəklər. Söhbət Deniz Aytekin (Almaniya), Toni Şapron (Fransa) və Yunas Eriksssondan (İsveç) gedir.

Bundan başqa, bildirilir ki, əcnəbi hakimlərin cəlb olunması prosesi gələcəkdə də davam edəcək. Eləcə də 2018-ci ildən Çin çempionatında eksperiment olaraqb videotəkrardan da istifadə olunacaq.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord